Miller oynadı, millisi böyük hesabla uduzdu

7.07.2024 12:52 334
Dünya futbolu
"Turan Tovuz"un müdafiəçisi Roderik Millerin çıxış etdiyi Panama millisi Amerika kubokunda 1/4 final oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, onun komandası Kolumbiya ilə qarşılaşıb və 0:5 hesabı ilə uduzub..

Meydana start heyətində çıxan Miller fasilədə - hesabda 0:4 geridə olduqları zaman əvəzlənib.

Qeyd edək ki, Kolumbiya millisi yarımfinalda Uruqvayla, Argentina isə Kanada yığması ilə qarşılaşacaq.