Kərim Benzemanın karyerasını “Bayer-04”də davam etdirə biləcəyi haqda yayılan xəbər doğru deyilmiş.
"Football-plus.az" xəbər verir ki, Leverkuzen klubunun idman direktoru Simon Rolfes fransalı futbolçunu transfer edəcəklərinə dair xəbərlərə münasibətini bildirib. O, Almaniya mətbuatına açıqlamasında 38 yaşlı hücumçunun komandaya keçidinin aktual olmadığını “bizim heyətimiz artıq tam formalaşıb” deməklə bildirib.
Hazırda azad agent statusunda olan Benzema Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə müqaviləsini vaxtından əvvəl ləğv edib. O, bu komandada 16 oyuna çıxaraq 10 qol vurub və 5 məhsuldar ötürmə edib.
Benzemanın yolu Almaniyayadı?
Dünya futbolu






