AFFA "Turan Tovuz"un şikayətini təmin etmədi

17.05.2024 12:00 169
Ölkə futbolu
AFFA Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, qurum "Turan Tovuz"un şikayətini təmin etməyib.

“Zirə” ilə oyunda Roderik Millerin təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanması və “Turan Tovuz” klubunun 3000 manat cərimə edilməsi qüvvədə saxlanılıb.

Bu isə o deməkdi ki, panamalı müdafiəçi üçün mövsüm erkən başa çatıb.