"Turan Tovuz"un legioneri oynadı, komandası 4-cü oldu

25.03.2024 12:30 177
Dünya futbolu
Panama millisi KONKAKAF Millətlər Liqasının A Divizionunda Yamayka ilə 3-cü yer uğrunda oyun keçirib.

"Football-plus.az" xəbər verir ki, görüş Yamaykanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Panama millisində çıxış edən "Turan Tovuz"un müdafiəçisi Roderik Miller ilk 11-likdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib.

Millerin komandası yarışı 4-cü yerdə tamamlayıb. Turnirin qalibi isə ABŞ millisi olub.