Belə ki, "kimyaçılar" Əsasnamənin tələblərini pozduğuna görə 500 manat cərimələnib. Görəsən, söhbət konkret hansı qaydaya əməl olunmamasından gedir?
Bu sualla AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynova müraciət etdik. Onun "Football-plus.az"a dedikləri:
"Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun paltardəyişmə otaqlarında yerləşən hamamlar isti su ilə təmin olunmayıb. Meydandan qan-tər içində çıxan futbolçular məcburən soyuq su ilə yuyunurlar. Məsələ klub üçün ciddi problemə çevrilib. "Sumqayıt" üçüncü dəfədi eyni səbəbdən cərimələnir".
KƏNAN BAHADIR



