Bu haqda bilgi almaq üçün “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevə müraciət etdik. Klub rəsmisi “Football-plus.az”a açıqlamasında “səbəb necə açıqlanıbsa, bizə də elə məlumat verilib” dedi.
Belədə AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynovla əlaqə saxladıq. Onun saytımıza söylədikləri:
“Sumqayıt” səbəbdən xəbərdardı. Təəssüf ki, doğru məlumat verməyiblər. Sözügedən oyunun AFFA nümayəndəsinin qeydlərinə görə (Elçin Mehtiyev – red.) meydançada xətlər olmayıb. Həmçinin matçdan sonra hamamlar isti suyla təmin olunmayıb. Nəticədə nə oyunçular, nə də hakimlər yuyuna bilib. Yay aylarıdı. Hamı bilir ki, meydana çıxanlar oyundan sonra qan-tər içində olur”.
KƏNAN BAHADIR




