“Turan Tovuz” yeni təlim-məşq bazasının inşasına start verib.
“Football-plus.az” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə müvafiq video yayılıb. Ərazinin sahə rəisi olduğunu deyən Nizami Məmmədovun verdiyi məlumata görə, baza Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yerləşəcək.
Həmin ərazidə 4 meydança və əlavə üstüörtülü meydançanın, həmçinin, minifutbol meydançasının yaradılması planlaşdırılır. Layihəyə yataqxanaların inşa edilməsi də daxildi.
KƏNAN BAHADIR