Xaçmazda premyer-liqa təmsilçisi üçün təlim-məşq bazası yaradıldı - FOTOLAR

7.07.2022 20:14 370
Premyer-liqa
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dəstəyi ilə “Səbail”in futbolçularının ustalıq səviyyəsinin artırılması məqsədilə Xaçmaz rayonunda yaradılan təlim-məşq bazasının açılışı olub.

Football-plus.az xəbər verir ki, hər iki tərəfin rəhbərliyi yeni təlim-məşq bazası və burda yaradılan şəraitlə tanış olub, tapşırıq və tövsiyələrini verib, bütün komanda üzvlərinə uğurlar arzulayıblar.

Təlim-məşq bazasında ilk olaraq uşaqların təlim məşqinə start verilib.

Qeyd edək ki, müasir standartlara cavab verən təlim-məşq bazasında müxtəlif idman oyunların keçirilməsi üçün qum üzərində meydança ilə yanaşı, yeməkxana, oyunçuların gecələməsi üçün yenilənmiş koteclər də fəaliyyət göstərir.

Xaçmazda premyer-liqa təmsilçisi üçün təlim-məşq bazası yaradıldı