Növbəti mövsüm avrokuboklara qatılmağı qarşısına hədəf qoymuş “Turan Tovuz”un planları ilə bağlı məlumat almaq üçün idman direktoru Səməd Nəsibovla əlaqə saxladıq:
“İyunun 24-ü Bakıda toplanış olacaq. Üç gün orda olacağıq. Daha sonra iki həftə ərzində təlim-məşqlərimizi Qəbələdə davam etdirəcəyik”.
Yeri gəlmişkən, komanda artıq bir sıra önəmli legionerləriylə müqavilənin müddətini uzatsa da, Denis Marandiçiylə bağlı məlumat verilmədi:
“Futbolçunun klubla müqaviləsi hələ davam edir, təlim-məşq toplanışlarımıza qoşulacaq”.
KAMAL SƏFƏR





