“Turan Tovuz”un Berdıyevlə bağlı planı alınmadı – klub rəsmisi “vaxt azdı” dedi

25.06.2024 16:13 5 770
Ölkə futbolu / Manşet
“Turan Tovuz” bu gün yeni baş məşqçisinin Kurban Berdıyev olduğunu publikaya açıqladı.

Xəbər verdiyimiz kimi, mütəxəssislə “2+1” illik müqavilə imzalanıb. Həmçinin klub onun ictimaiyyətə təqdim edilməsi üçün xüsusi mərasim və mətbuat konfransı keçirmək istəsə də, alınmayıb. Bu barədə “Football-plus.az”a “Turan Tovuz”un idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov məlumat verdi. Onun dediyinə görə, vaxt azlığından layihəni reallaşdırmaq mümkün olmayıb. Belədə komandanın tezliklə toparlanması və təlim-məşq toplanışının sıx qrafikdə baş tutmasının vacibliyi ön plana çəkilib.

Qeyd edək ki, Kurban Berdıyevin qarşısında duran əsas vəzifə komandanın növbəti mövsüm Konfrans Liqasına vəsiqə qazanmasıdı.

KƏNAN BAHADIR