Tanınmış futbolçu funksioner oldu

22.09.2024 20:27 136
Dünya futbolu
Martin Şkrtel bundan sonra da futbol sahəsində çalışacaq.

"Football-plus.az" xəbər verir ki, Slovakiya yığmasının sabiq müdafiəçisi klub funksioneri kimi fəaliyyət göstərəcək.

Futbolçu karyerasını 2022-ci ildə “Hayskala Raztoçno”da başa vuran 39 yaşlı Şkrtel ölkəsində “DAK 1904”ün idman direktoru təyin olunub. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

2008-12-ci illərdə “Liverpul”dakı çıxışı ilə tanınan Şkrtel karyerası ərzində “Trençin”, “Zenit”, “Fənərbaxça”, “Atalanta”, “İstanbul BŞ” və “Spartak”da (Trnava) da oynayıb. Slovakiya yığmasında 104 oyun keçirən və 6 qol vuran Martin milli formanı 2004-19-cu illərdə daşıyıb.

Yeri gəlmişkən, “DAK 1904” bu mövsüm Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin hər iki oyununda “Zirə”yə uduzaraq (0:4, 1:2) mübarizəni dayandırıb.