Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "DAK 1904" (Slovakiya) Bakıda məşqə çıxmaqdan imtina edib.
“Football-plus.az” xəbər verir ki, bu barədə "Zirə"nin mətbuat xidməti məlumat yayıb. Məşq prossesinin sabah saat 20:00-da "Dalğa Arena"da keçirilməsi nəzərdə tutulsa da, qonaqların səfər planında dəyişikliklər olub.
Qeyd edək ki, iyulun 25-də keçiriləcək "Zirə" - "DAK 1904" görüşü saat 20:30-da start götürəcək.