Paytaxt klubunda yeni müqavilə

22.09.2024 11:56 116
Dünya futbolu
“Tottenhem” müdafiəçisi Destini Udoci ilə yeni müqavilə bağlayıb.

"Football-plus.az" xəbər verir ki, italiyalı futbolçunun sözləşməsinin müddəti 2030-cu ilə qədər artırılıb. 21 yaşlı Destini London klubuna 2022-ci ildə 18 milyon avroya “Udineze”dən keçib.

O, bu mövsüm komandanın heyətində premyer-liqada 4 matça çıxıb. Futbolçunun əvvəlki müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi idi. “Transfermarkt” internet portalına görə, onun təxmini dəyəri 25 milyon avrodu.