Marko Asensio mövsümün sonunda iş yerini dəyişəcək.
"Football-plus.az" xəbər verir ki, “Bayer-04” PSJ-nin vingerini transfer edəcək. Leverkuzen klubu transferi yanvarda reallaşdırmağı planlaşdırmışdı. Lakin plan baş tutmamaışdı. Tərəflər artıq keçidlə bağlı razılaşıblar. 27 yaşlı yarımmüdafiəçi “Bayer-04”ə keçməkdə qərarlıdı. Buna səbəb onun daha çox oyun şansı əldə etmək istəməsidi.
Asensio PSJ-də ötən yaydan oynayır. O, bu mövsüm Fransa çempionatında 12 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. İspaniyalı futbolçunun paytaxt klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayına qədərdi. “Transfermarkt” internet portalına görə, Markonun təxmini dəyəri 20 milyon avrodu.