İspaniya klubunda istefa

22.09.2024 11:14 126
Dünya futbolu
“Qranada”da baş məşqçi istefası zərurətə çevrilib.

"Football-plus.az" xəbər verir ki, İspaniya klubu Gilyermo Abaskalla yollarını ayırıb. Komanda cümə günü İspaniya çempionatının 2-ci divizionunun 6-cı turunda “Malaqa” ilə heç-heçə edib (2:2). “Qranada” 35 yaşlı məşqçinin rəhbərliyi altında La Liqa 2-də 1 qələbə qazanıb, 3 dəfə heç-heçə edib və 2 oyunda məğlub olub. Hesabında 6 xalı olan komanda turnir cədvəlində 12-ci yeri tutur.

Xatırladaq ki, Abaskalın əvvəlki iş yeri 2022-ci ilin aprelindən bu ilin yayına qədər çalışdırdığı “Spartak” olub.