İspaniya klubunda zəruri dəyişiklik

22.03.2024 15:00 145
Dünya futbolu
“Qranada”da baş məşqçi dəyişikliyi zərurətə çevrilib.

Rəhbərlik Aleksandr Medina ilə yolları ayırıb. Medina komandaya 2023-cü ilin fevralından rəhbərlik edirdi. “Qranada” La Liqada 28 oyundan sonra 14 xalla 19-cu yerdədi.
Komandanı çətin vəziyyətdən Xose Ramon Sandoval çıxarmağa çalışacaq. 55 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Sandoval 2015/16 mövsümündə də “Qranada”nın baş məşqçisi olub.