Almaniyanın Şimal-Şərq Regional Liqasında 5-ci turun oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) “Jena” ilə qarşılaşıb. Matç “Dinamo”nun 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
Dadaşov meydana start heyətində çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Komandasının hər iki qolunu Rüfət vurub. O, 34 və 37-ci dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, "Dinamo" hazırda turnir cədvəlində 10 xalla 3-cüdür.
"Dinamo" - "Jena" - 2:1
Rüfət Dadaşov, 34, 37 - Yosuaa Endres, 31