Komandalar nə vaxta qədər azad agentlə güclənə bilər? – PFL aydınlıq gətirdi

21.09.2024 11:55 247
Aktual / Ölkə futbolu
Misli premyer-liqasında yay “transfer pəncərəsi” sentyabrın 16-sı, saat 23.59-da bağlandı.

Bilindiyi kimi, indi klublar heyətə yalnız azad agent statusu daşıyan futbolçuları cəlb edə bilər. Hətta “Sumqayıt” “pəncərə bağlanandan” sonra Georgi Karaişvili ilə müqavilə bağladı. Bəs bu məsələ necə tənzimlənir? Komandalar nə vaxta qədər belə transferlər edə bilər?

“Football-plus.az”ın suallarını PFL-in Media və Marketinq direktoru Sənan Abdullayev cavabladı:

“Komandalar gələn ilin aprelinə qədər azad agent statusu daşıyan futbolçularla müqavilə imzalaya bilər. Digər limit isə sayla bağlıdı. Belə ki, klubların təqdim etdiyi sifariş vərəqəsində maksimum 30 futbolçunun adı ola bilər. Onsuz da yay “transfer pəncərəsi” bağlanana qədər həmin yerlərin əksəriyyəti, demək olar ki, tutulur”.

KƏNAN BAHADIR