Qış transfer dövrü bu gün başa çatır

9.02.2023 13:03 271
Premyer-liqa
Bu gün Azərbaycanda transfer pəncərəsinin son günüdür.

Football-plus.az xəbər verir ki, klublar ən geci bu gün saat 23:59-a qədər yeni futbolçuların adlarını Peşəkar Futbol Liqasına sifariş etməlidirlər.

Fevralın 10-dan başlayaraq yay transfer pəncərəsinin açılacağı günə qədər isə klublar yalnız azad agent statusu olan oyunçuları heyətinə cəlb edə bilərlər.

Qeyd edək ki, bu il qış transfer dövrü yanvarın 10-dan başlayıb.