Klub futbolçulara vəd etdiyi çempionluq üçün mükafat bir yana, heç maaşları da ödəməmişdi. Klubun baş meneceri Kamran İsmayılov ötən ay saytımıza açıqlamasında “maaşları tam ödəmişik, təkcə mükafatlar qalıb. Onu da 1 il əvvəldən futbolçularla danışmışıq ki, çempion olarıqsa, gələn sentyabrda ödəniləcək” demişdi. Artıq deyilən vaxt gəlib çatıb.
Bəs “Şamaxı” futbolçulara mükafatı ödəyibmi?
Vaxtilə bu mövzuda şikayətçi olanlardan birinə, yayda “Şamaxı”dan ayrılan Roman Hüseynova sual ünvanladıq. O, “Football-plus.az”a cavabında bu sözləri dedi:
“Düzdü, “Şamaxı”dan maaşlarımızı tam aldıq. Amma mükafat hələ qalıb. Bilmirik nə vaxt ödəyəcəklər”.
RÖYANƏ OĞUZ






