Görəsən, klub sabiq üzvlərinə borclarını ödədi? Sualımızı “şirlər”in mətbuat katibi Yusif Hüseynə ünvanladıq. Klub rəsmisi “football-plus.az”a açıqlamasında bunları söylədi:
“Keçən aydan başlayaraq borcları bağlayırıq. Bütün futbolçulara da məlumat verilib ki, az maaş alandan sıralama ilə pullar veriləcək. Ötən ay 7 oyunçuya - Asim Əlizadə, Nihad Quliyev, Rəşad Əzizli, Əli Səmədov, Rauf Hüseynli, Arsen Ağcabəyov, Cavidan Heydərova maaş və 2022/23 mövsümdən qalan iki oyunun mükafatı verilib. Hissə-hissə digər borclarımızı da ödəyəcəyik. Hamı arxayın olsun ki, “Şamaxı”nın heç kimə bir qəpik də borcu qalmayacaq”.
İLKİN SULTANLI





