Rövnəq Abdullayev hər futbolçuya 1000 manat verib? - AÇIQLAMA

21.03.2023 13:09 721
Ölkə futbolu / Manşet
Bəzi saytlar və sosial şəbəkələrdə AFFA prezidenti Rövnəq Abdullayevin “Şamaxı”nın futbolçularının hər birinə 1000 manat mükafat verdiyi haqda xəbərlər yer alıb. Buna səbəb isə Misli premyer-liqasının 25-ci turunda “Sabah”la keçirilən matçda ev sahiblərinin 2:1 hesablı qələbəsi olub.

İnformasiyanı dəqiqləşdirmək məqsədilə “Şamaxı”nın baş meneceri Kamran İsmayılovla əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri belə oldu:

“Klub rəhbərliyi hər qələbədən sonra komandanın büdcəsindən futbolçulara müəyyən məbləğdə mükafat verir. Sözügedən qarşılaşmadan sonra da bunu etmişik.

AFFA-nın rəhbəri Rövnəq Abdullayevin mükafat verməsi haqda yayılan xəbərlərə gəlincə, çox absurddu. İfrat dərəcədə absurd! Belə hadisə baş verməyib.

Çox təəssüf ki, bəzi jurnalistlər dezinformasiya yayır”.


KƏNAN BAHADIR