Ferlan Mendi “Real” ilə müqaviləsini yeniləyib.
"Football-plus.az" xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə müddəti 2027-ci il iyunun 30-na kimi razılaşdırılan müqavilə imzalanıb.
Xəbərdə qeyd olunur ki, klub və braziliyalı futbolçu yeni müqaviləni hələ yayda razılaşdırıb. “Real” yaxın günlərdə Mendi ilə əməkdaşlığı davam etdirəcəyini rəsmən elan edəcək.
Yeri gəlmişkən, Ferlan bu mövsüm Madrid klubunda 5 oyunda meydana çıxıb.