Matteo Politano klubunun yeni təklifini qəbul edib.
O, “Napoli” ilə müqaviləsini yeniləyib.
Yeni anlaşmanın müddəti 2027-ci il iyunun 30-na qədər razılaşdırılıb. Politano komandada 2020-ci ildən çıxış edir. 30 yaşlı vinger bu mövsüm A seriyasında meydana çıxdığı 20 oyunda 6 qol vurub.