Daha bir il “Real”da oynayacaq

27.06.2023 19:51 284
Dünya futbolu
Luka Modriçin “Real”dakı aqibəti müəyyənləşib.


"Football-plus.az" xəbər verir ki, İspaniya klubu təcrübəli futbolçu ilə müqaviləni yeniləyib.

Xorvatiyalı yarımmüdafiəçinin yeni sözləşməsinin müddəti 1 illikdi. Modriçin əvvəlki müqaviləsinin müddəti iyunun 30-na qədər nəzərdə tutulmuşdu.

Sentyabrda 38 yaşı tamam olacaq futbolçu Madrid klubunda 2012-ci ildən çıxış edir.

O, ötən mövsüm “Real”ın heyətində bütün turnirlərdə 52 oyuna çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.