Yenidən sıradan çıxdı

18.09.2024 16:28 115
Dünya futbolu
Fermin Lopes növbəti bəxtsizliklə üzləşib.

“Barselona”nın oyunçusu yenidən sıradan çıxıb. Zədəsini yenicə sağaldan yarımmüdafiəçi məşqdə növbəti dəfə zədə alıb. Xatırladaq ki, Fermin İspaniya yığmasının düşərgəsində zədələndiyi üçün Millətlər Liqasının qrup mərhələsinin Serbiya (0:0) və İsveçrə (4:1) ilə oyunlarında iştirak edə bilməmişdi.

Lopesin daha üç həftə oynaya bilməyəcəyi məlum olub.