Milli komandadan kənarda qaldı

6.09.2024 11:34 165
Dünya futbolu
“Barselona”nın gənc futbolçusu Fermin Lopes zədələnib.

21 yaşlı ispaniyalı yarımmüdafiəçi əzələ zədəsi alıb. O, bu səbəbdən İspaniya yığmasının Millətlər Liqasında Serbiya və İsveçrəyə qarşı matçları üçün açıqlanan heyətindən çıxarılıb.

Qeyd edək ki, Fermin Parisdə keçirilən Yay Olimpiya Oyunlarında futbol üzrə yarışlarda İspaniya U-23 yığması ilə çempion olub. O, turnirin final matçında Fransaya 2 qol vurub.