Mövsüm “Barselona”nın oyunçusu üçün erkən sona çatdı

1.05.2022 17:58 564
Dünya futbolu
Bu mövsüm Serxi Robertonun bəxti heç gətirməyb.

“Barselona”nın oyunçusu yenidən zədələnib. Zədəsini yenicə sağaldan 30 yaşlı müdafiəçi məşqdə sıradan çıxıb. Onun təxminən 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu isə təcrübəli futbolçu üçün mövsümün erkən sona çatması deməkdi.

Roberto bu mövsüm meydana çıxdığı 12 oyunda komandaya 2 qol və 1 məhsuldar ötürmə ilə faydalı olub.