İbrahimoviç yenə sıradan çıxdı

5.04.2023 12:37 261
Dünya futbolu
Zlatan İbrahimoviç növbəti dəfə sıradan çıxıb. İsveç yığmasının düşərgəsində sağ bud əzələsi zədələnən futbolçunun bir neçə həftə oynaya bilməyəcəyi açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, aprelin 2-də “Napoli” ilə matçda oynaya bilməyən 41 yaşlı hücumçu aprelin 8-də “Empoli”yə qarşı oyunu da buraxacaq.

Zlatanın “Milan”a ayın 16-da “Bolonya” ilə keçiriləcək çempionat matçında kömək edəcəyi gözlənilir. Sıraya yenicə dönən İbrahimoviç bu mövsüm A seriyasında 4 oyun keçirib və 1 qol vurub.