“Heç birimiz dəqiq deyə bilmərik ki, top qapı xəttindən çıxıb, ya yox” - Xaqani Məmmədov

17.09.2024 20:47 225
Ölkə futbolu
Günlərdi müzakirə, hətta mübahisə predmetinə çevrilən məsələ “Sabah”- “Turan Tovuz” oyununda qonaqların sayılmayan 3-cü qoludu.

Sosial şəbəkələrdə əksəriyyət, xüsusən də tovuzlu azarkeşlər Əlyar Ağayevin səhv qərar verdiyi, “Turan Tovuz”un haqqının yeyildiyini bildirir. VAR-a baxılsaydı, qərarın fərqli olacağının düşünənlər də var.

Bəs hakimin VAR-a müraciət etməməsi onun qərarının gerçəkliyinə şübhə yarada bilərmi?

AFFA Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədovun “Football-plus.az”a açıqlaması:

“Fikrimcə, hakimin qərarı düzgün idi. Çünki biz ancaq ona inanmalıyıq. İki-üç hadisədən biridi ki, həmin vaxt köməkçi hakim xəttin üzərində olur. Künc zərbəsi, penaltı zamanı və bir-iki epizod zamanı laysman xəttin üzərində dayanır. Ona görə də hamıdan yaxşı görür. Heç birimiz dəqiq deyə bilmərik ki, top qapı xəttindən çıxıb, ya yox. Qapı xətti üzərində kamera olsaydı, o başqa məsələ. Deyirlər ki, “niyə VAR-a baxılmadı?” Nə üçün baxsınlar?! Səthi kamera yoxdusa, VAR nə deyəcək? Ona görə də dərhal oyunun davam etdirilməsini işarə etdi. Hesab edirəm ki, düzgün qərardı. Nə referiyə, nə də başqa birinə, qapı xətti üzərində olan hakim yeganə insandı ki, biz ona inanmalyıq. Havada topun yan xətti tərk edib-etmədiyini o müəyyənləşdirir. Amma kamera olsaydı, hər şey aydın olacaqdı. Bilinəcəkdi ki, köməkçi hakim səhv edir, ya düz edir. Bələdə biz onun qərarına hörmətlə yanaşmalıyıq”.


RÖYANƏ OĞUZ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul