“Football-plus.az” xəbər verir ki, “Soldati di Sabah” qonaq komandanın azarkeşləri üçün ayrılmış yerdən yox, yerli azarkeşlərin oyunu izləməsi üçün nəzərdə tutulmuş sektordan komandasına dəstək olub. Oyun zamanı da tovuzlu azarkeşlərin bundan narazılığını dilə gətirdiyinin şahidi olduq.
Məsələni aydınlaşdırmaq üçün “Soldati di Sabah”ın rəhbəri Ağaxan Abdullayevlə danışdıq:
“Bu məsələ nə bizim, nə də tovuzlu azarkeş qruplarına aid bir şey deyil. Stadionun strukturu elə gətirdi ki, “Turan Tovuz” rəhbərliyi də bizi həmin sektora yerləşdirdi. Oyun günü hava yağışlı idi, polis qüvvələri də yox idi deyə bizi yağış tutmayan tribunaya yerləşdirdilər”.
KAMAL SƏFƏR




