Ançelottidən daha bir rekord!

17.09.2024 18:40 122
Dünya futbolu
Karlo Ançelotti rekordlardan oymur.

"Football-plus.az" xəbər verir ki, “Real”ın baş məşqçisi özünə aid rekordu yeniləyib. Onun komandası La Liqanın 5-ci turunda “Real Sosyedad”a 2:0 hesabı ilə qalib gəlib. “Real” onun rəhbərliyi altında sonuncu dəfə yanvarda ölkə kuboku oyununda “Atletiko”ya uduzub. Komanda o vaxtdan bəri 32 matçda məğlub olmayıb.

32 məğlubiyyətsiz oyun Ançelottinin məşqçilik karyerasında ən yaxşı göstəricidi. İtaliyalı mütəxəssisin əvvəlki rekordu 31 oyun olub. Bu rekord “Real” çalışdırdığı 2013/14 mövsümündə dönəmdə qeydə alınıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul