Ançelottidən rekord

9.11.2023 10:21 192
Dünya futbolu
“Real"ın baş məşqçisi Karlo Ançelotti rekorda imza atıb.

“Football-plus.az” xəbər verir ki, o, buna Çempionlar Liqasının 4-cü turunda nail olub. Mütəxəssis “Braqa"ya qalib gəldikləri (3:0) matçda turnirdə 116-cı qələbəsini qazanıb.

Ançelotti bu göstəricidə "Mançester Yunayted"in sabiq baş məşqçisi Ser Aleks Ferqyüsonu (115 qələbə) qabaqlayıb.