“Sevilya” üzərində qələbə (1:0) “Barselona”ya baha başa gəlib.
“Football-plus.az” xəbər verir ki, komandanın oyunçusu Rafinya zədələnib. O, La Liqanın 8-ci turunun oyununda sıradan çıxıb və 37-ci dəqiqə əvəzlənib. Rafinyanın ən azı bir ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu isə o deməkdi ki, braziliyalı hücumçu oktyabrın 28-də keçiriləcək “El Klasiko”nu buraxacaq.
Qeyd edək ki, Pedri və Frenki de Yonq da “Real”a qarşı vacib matçda zədə səbəbindən oynamayacaqlar.