Rüfət oynadı, "Dinamo" heç-heçə etdi

15.09.2024 13:17 148
Ölkə futbolu
Almaniyada Şimal-Şərq Regional Liqasında 8-ci turun bir sıra oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi "Dinamo"(Berlin) evdə “Çemnitzer”lə qarşılaşıb.

Görüş qolsuz bərabərliklə yekunlaşıb. Dadaşov start heyətində meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib.

Hazırda "Dinamo" 12 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.