Dadaşov qol vurdu, komandası qələbə qazandı

18.02.2024 14:12 191
Ölkə futbolu
Almaniyanın Şimal-Şərq Regional liqasında 22-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi Berlin “Dinamo”su "Karl-Zeys Jena"in qonağı olub. Komanda 3:2 hesablı qələbə qazanıb.

Dadaşov start heyətdə meydana çıxıb. O, 5-ci dəqiqədə hesabı açıb.