Dadaşov oynadı, komandası heç-heçə etdi

16.08.2023 10:00 1 481
Dünya futbolu
Almaniyanın Şimal-Şərq Regional Liqasında 3-cü turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi Berlin “Dinamo”su evdə “Moyzelvits”lə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

Rüfət də bu oyunun iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub və bir sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, hazırda 4 xalı olan “Dinamo” 6-cı pillədə qərarlaşıb.

"Dinamo" - "Moyzelvits" - 1:1
Qollar: Eder, 64 - Hansx, 42