Dadaşov qol vurdu, komandası qələbə qazandı

26.11.2023 12:10 187
Ölkə futbolu
Almaniyada Şimal-Şərq Regional Liqasında 15-ci turun oyunları keçirilir.

“Football-plus.az” xəbər verir ki, həmyerlimiz Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo Berlin” də növbəti görüşünə çıxıb. Komanda “Enerji”nin qonağı olub - 1:0.

Dadaşov meydana start heyətində çıxıb. O, yeganə qolun müəllifi olub.