Rüfət yeni mövsüm öncəsi ilk matça çıxdı

3.07.2024 21:12 308
Dünya futbolu
Azərbaycanlı hücumçu Rüfət Dadaşovun da formasını geyindiyi Berlin "Dinamo"su yeni mövsüm öncəsi ilk yoldaşlıq görüşünə çıxıb.

“Football-plus.az” xəbər verir ki, komanda "Maqdeburq"la qarşılaşıb. "Dinamo" bu matçda böyük hesabla məğlub olub - 0:3. Rüfət də bu oyunda iştirak edib. O, meydana start heyətdə çıxıb.

Qeyd edək ki, 31 yaşlı hücumçu "Dinamo"da 2023-cü ilin yayından çıxış edir.