"Qarabağ" "Tottenhem"lə oyun haqda açıqlama yaydı - hamının diqqətinə!

14.09.2024 01:05 2 708
Ölkə futbolu
Avropa Liqasının liqa mərhələsi çərçivəsində keçiriləcək “Tottenham" (İngiltərə) - “Qarabağ” matçını izləmək istəyən qonaq komandanın azarkeşləri üçün biletin qiyməti açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, “Tottenham Hotspur Stadium"da baş tutacaq oyunun biletinin qiyməti 80 AZN təşkil edir.

Qarşılaşmanı izləmək və Ağdam təmsilçisini dəstəkləmək istəyən tərəfdarlar üçün ayrılmış vauçerlər iTicket.az-da onlayn şəkildə satışdadı. Azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun "Block 503" sektorunun qarşısında yerləşən məntəqədə biletə dəyişməlidi.

Qeyd edək ki, "Tottenham " - "Qarabağ" oyunu sentyabrın 26-ı saat 23.00-da (Bakı vaxtı ilə) start götürəcək.