"Neftçi"dən ilk rəsmi transfer - VİDEO

23.06.2022 14:43 546
Premyer-liqa / Manşet
İsrailin "Aşdod" klubu ilə müqaviləsi başa çatan Ataa Caberin "Neftçi"yə keçidi rəsmiləşib.

"Football-plus.az" klubun "feysbuk" səhifəsinə istinadən xəbər verir ki, "ağ-qaralar" 28 yaşlı futbolçunu heyətinə qatıb.

Qeyd edək ki, "Aşdod"un heyətində 30 oyuna 2 qol vuran Ataa Caber daha əvvəl Hayfa "Makkabi"si və "Bney-Saxnin" klubunda da çıxış edib. O, 2015-2017-ci illərdə İsrailin U-21 yığmasının da formasını geyinib.

"Neftçi"nin yeni transferi Ataa Caberlə imzaladığı müqavilənin müddəti məlum olub. 27 yaşlı yarımmüdafiəçi ilə 2 illik sözləşməyə qol çəkilib. O, komandada 23 nömrəli formanı geyinəcək.