“Neftçi”nin futbolçusu “Merdeka” turnirində iştirak edəcək

10.10.2023 13:28 198
Ölkə futbolu
“Neftçi”nin futbolçusu Ataa Caber “Merdeka” turnirində iştirak edəcək.

“Football-plus.az” xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 29 yaşlı yarımmüdafiəçi Fələstin millisinə çağırılıb. Komanda oktyabrın 9-da Malayziyada startı verilən yarışda qüvvəsini sınayacaq. “Merdeka” turniri oktyabrın 18-dək davam edəcək.

Qeyd edək ki, Ataa Caber Fələstin millisinin heyətində 4 oyunda meydana çıxıb.