"Araz-Naxçıvan"dan 1 gündə 3-cü transfer

29.05.2024 17:11 246
Ölkə futbolu
“Araz-Naxçıvan” bu gün 3-cü transferini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, Ömər Buludov heyətə cəlb edilib.

"Neftçi”nin yetirməsi olan cinah müdafiəçisi qarşıdakı 1 il ərzində “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq. 26 yaşlı futbolçu 2017-ci ildən bu mövsümün sonuna qədər “Neftçi”nin heyətində yer alıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” bu gün Urfan Abbasov və Ülvü İsgəndərovla da müqavilə imzalayıb.