“Bavariya” rəhbərliyi Camal Musialanın gələcəyi ilə bağlı qərar verib.
Bu barədə klubun prezidenti Herbert Hayner açıqlama verib. O, yarımmüdafiəçini komandada saxlamaq istədiklərini “onun bizimlə mümkün qədər uzun müddət qalmasını istəyirik. Düşünürəm ki, Musiala növbəti Tomas Müller ola bilər. O, növbəti 20 ildə də “Bavariya”da qala bilər” açıqlaması ilə ifadə edib.
21 yaşlı Camalın müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.