Daha 1 il "Bavariya"da qala bilər

19.08.2022 15:14 412
Dünya futbolu
"Bavariya" futbolçusu Camal Musiala ilə müqaviləsini yeniləməyə yaxındı.

"Football-plus.az" xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Münhen təmsilçisi sözləşməsi 2026-cı ilin yayına qədər olan 19 yaşlı yarımmüdafəçiyə daha 1 illik müqavilə təklif edib.

Qeyd edək ki, Musiala 2020-ci ildə "Bavariya"da debüt edib. O, Almaniya millisinin də üzvüdü.