Bir neçə gün əvvəl yenidən “Bavariya”nın prezidenti seçilən Herbert Hayner klubun hazırkı vəziyyətini müsbət dəyərləndirib.
Football-plus.az xəbər verir ki, o, klubun borcunun olmadığını bildirib:
“Bavariya” borcdan tamamilə azad klubdu. Üstəlik, biz “Alyants Arena” stadionuna və “Bavariya” bazasına 100 faiz sahibik. Öz yolumuzla gedəcək və yeni ideyalar irəli sürəcəyik. Biz ən yüksək hədəflərə köklənmişik. Eyni zamanda sosial planda nümunə kimi qalmaq istəyirik. Ona görə ki, sosial fəallıq klubumuzun DNT-sinin bir hissəsi sayılır. “Bavariya” həmişə “Bavariya” kimi qalmalıdı”.