• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Zirə” “Kəpəz” səddini də uğurla aşdı - REPORTAJ

Premyer-liqa

21-05-2024, 20:0

Avrokuboklara vəsiqə qazanmaq uğrunda gərgin mübarizəyə şahidlik edirik.

“Neftçi”, “Sabah” və “Sumqayıt” ilə yanaşı, “Zirə” də əsas iddialılardandı. Qazanılan hər xal, hər qələbə komandanı Avropaya bir addım da yaxınlaşdırır. “Kəpəz”ə gəlincə, komanda elitada qalmağı rəsmiləşdirəndən sonra bəzi itkilərlə üzləşdi. Belə ki, ən önəmli oyunçulardan Papunaşvili zədəlidi. Onanuqa, Martins və Seyidov isə cəazlı olduğundan bu görüşdə komandaya kömək edə bilməyəcəkdi. Ümumilikdə “sarı-göylər”in sonluq üçün əsas hədəfi mövsümü “Araz-Naxçıvan”dan öndə bitirməkdi.

Bərabaşdan deyək ki, oyun gözlənilən qədər maraqlı keçmədi. “Çərçivə”yə ilk zərbə qonaqlardan gəldi. 4-cü dəqiqədə Nuriyevin sol ayaqla zərbəsi qapıçı üçün heç bir çətinlik yaratmadı. Rəşad Sadıqovun yetirmələri 17-ci dəqiqədə qapıya növbəti dəfə zərbə ilə yadda qaldı. Məqsədin sol cinahla irəliləyib, cərimə meydançası daxilindən yaxın “altılığ”a göndərdiyi topu qolkiper dəf etdi. İki dəqiqə sonra Sumanın incə ara ötürməsinin Utziqə çatmasına Ehtiram mane oldu. Gəncəlilər müdafiədə sıx oynadığından, inamlı təsir bağışladığından qonaqlar əsasən uzaq məsafədən qapıya yol tapmağa çalışırdı. Belə bərbələrdən biri 23-cü dəqiqəyə təsadüd etdi. Rəhimlə “divar paslaşması”nın ardından Salifunun işlək olan sol ayaqla vurduğu qüvvətli zərbə qapıdan azca aralı keçdi. “Sarı-göylər”in qapıya ilk zərbəsini 32-ci dəqiqədə izlədik. Kvirkviyanın zərbəsi olduqca qeyri-dəqiq oldu. Bir qədər sonra “Kəpəz”in futbolçuları avtoqola imza atmağa yaxın idi. Rəhimin qapı önünə ötürməsini uzaqlaşdırmaq istəyən Əlicanov tərs toxunuşla az qala topu tora qovuşduracaqdı. İlk yarıya artırılan sonuncu dəqiqədə qonaqlar yenə hesabı açmağa yaxın olud. Qismətin künc zərbəsindən cərimə meydançasına ünvanladığı ötürməni Renato hava mübarizəsindən qalib ayrılıb, başla “çərçivə”yə göndərsə də, top tirin üzərindən keçdi.

2-ci hissə yenicə başlamışdı ki, qonaqlar hesabı açdı. Rəhimin ötürməsindən sonra Suma sürəti hesabına Məsimovu geridə qoyub, topu Rodrisezin baş üzərindən aşıraraq qapıya saldı – 0:1. Meydan sahibləri hücumun başlanğıcında topun Rəhimin əlinə dəydiyini bildirib etiraz etdi. Lakin bir dəqiqə sonra VAR-dan gələn qərarla Həmzəzadə qolu qeydə aldı. 72-ci dəqiqədə Salifu hesab arasındakı fərqi artırmağa yaxın oldu. Amma portuqaliyalı qolkiper qanalı futbolçunun dubl etməsinə icazə vermədi. Gəncəlilər 76-cı dəqiqədə hesabı bərabərləşdirmək üçün ən ideal fürsəti boşa verdi. Belə ki, Fuad başla geriyə ötürmə zamanı səhvə yol verdi, Yunanov da bundan yararlanaraq topu komanda yoldaşı Nianeyə ötürdü. 30 yaşlı malili oyunçu qapıçını keçsə də, Renatoyla mübarizədə yerdə qaldı. 87-ci dəqiqədə oyuna sonradan qoşulan Meza Kolli uzaq məsafədən “çərçivə”ni nişan aldı. Lakin bu zərbə dəqiq olmadı. Beləliklə, yeganə və müəmmalı qolla qalib gələn qəsəbə təmsilçisi səfərdən 3 xalla dönməyi bacardı. “Kəpəz” üçün isə bu mövsümün artıq başa çatdığını demək olar.

Gözdən qaçmadı
* “Xəmsə” fanklubu hakimin ünvanına təhqiramiz şüarlar səsləndirdi.
* Matçdan sonra Adil Şükürov rəqib komandanın üzvləri ilə aqressiv şəkildə görüşdü.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

7-04-2024, 21:0

“Kəpəz” əzmkar qələbə ilə “Araz-Naxçıvan”a yaxınlaşdı - REPORTAJ

Premyer-liqa / Reportaj

30-01-2024, 22:0

“Qarabağ” 10 nəfərlə də “Kəpəz”dən güclüdü - REPORTAJ

Premyer-liqa

30-04-2024, 20:0

Elmar Baxşıyev “Zirə”nin avrokubok iddiasına ciddi zərbə vurdu - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

19-03-2024, 18:0

“Kəpəz”in seriyası üç oyun çəkdi - REPORTAJ

Premyer-liqa

17-04-2024, 19:0

“Qəbələ” üçün işıq ucu görünmür - REPORTAJ

Ölkə futbolu

11-01-2024, 17:0

Autsayderlərin duelindən “Kəpəz” qalib ayrıldı - REPORTAJ

Aktual
“Sabah”ın matçını bu kanal göstərəcək
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Son xəbərlər
  • Bu gün, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Bu gün, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Bu gün, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 109
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 97
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə