“Borussiya” “Qarabağ”ın stadionunda məşq etdi

21.10.2026 14:59 36
Avrokuboklar
"Sabah"la Çempionlar Liqasının matçı üçün Bakıya gəlmiş Dortmund “Borussiya”sı ölkəmizdə olduğu müddətdə “Qarabağ”ın stadionunda da məşq keçib.

"Football-plus.az" xəbər verir ki, Almaniya təmsilçisi "Azərsun Arena"da bu gün məşqə çıxıb. Məşqdən sonra isə "Borussiya"ya Azərbaycanı tərk edərək Dortmunda qayıdıb. Almaniya klubu bununla bağlı rəsmi instaqram hesabında paylaşım edib. Paylaşımda futbolçuların məşqindən görüntülər yayınlanıb və “Qarabağ”a təşəkkür edilib:

“Stadionunuzda məşq etməyimizə icazə verdiyiniz üçün "Qarabağ"a təşəkkür edirik!”

Xatırladaq ki, "Borussiya" dünən "Sabah"la matçda 2:1 hesablı qələbə qazanıb.