"Sabah" "Borussiya"ya cəsarət dolu rəqabət təklif etdi" - "Bild" yazır...

21.10.2026 12:54 18
Avrokuboklar / Manşet
"Sabah" dünən Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda evdə "Borussiya"ya uduzdu (1:2). Bəli, uduzdu, ancaq nəinki yerli futbol ictimaiyyəti, hətta rəqibin baş məşqçisi Niko Kovaç da "bayquşlar"ın sərgilədiyi performansa heyran qaldı.

"Football-plus.az" xəbər verir ki, Almaniyanın məşhur "Bild" nəşri də bu barədə reportaj dərc edib. Matçda hadisələrin axarından bəhs edilən məqaləyə aşağıdakı kimi yekun vurulub:

"Borussiya" "Sabah"ın meydanında böyük çətinliklə üzləşdi. Ancaq gözlənilən qələbəni qazana bildi. "Bude/Qlimt"ə uduzan "arılar" bu dəfə də məyusluq yaşasalar, növbəti mərhələ haqda düşünməyə gərək qalmayacaqdı. Xoşbəxtlikdən, uzun Bakı səfəri 3 xalla nəticələndi. Qonaqlar hər iki hissəyə güclü başlanğıc etdi və qollar vurdu. Amma qalan vaxtda "Sabah" hesabı bərabərləşdirmək üçün çox güc sərf etdi, hətta bir epizodda üstün performans sərgilədi. Son dəqiqələr "Borussiya" üçün daha çətin keçdi. Meydan sahibləri ardıcıl hücumlarla qonaqlara cəsarət dolu rəqabət təklif etdi. Lakin "Sabah" bir xal üçün lazım olan qolu vura bilmədi".

KƏNAN BAHADIR