''Qalatasaray'' bu futbolçuya ayrılmaq üçün 5,8 milyon ödəyəcək

7.09.2024 18:12 160
Dünya futbolu
Transfer dönəminin sonlarına yaxın heyətində dəyişikliklər edən və bir sıra futbolçularla vidalaşan ''Qalatasaray'' daha bir oyunçu ilə yollarını ayırıb.

Belə ki, Serxio Oliveyranın müqaviləsi qarşılıqlı şəkildə ləğv olunub. Ən diqqət çəkən məqam isə Türkiyə çempionunun bu futbolçuya ödəyəcəyi təzminatdı.

Rəsmi açıqlamada portuqaliyalı yarımmüdafiəçiyə 5,8 milyon avro ödəniləcəyi qeyd olunub. Bu məbləğ 3 il ərzində bir neçə hissəyə bölünərək ödəniləcək. Məbləğin çoxluğu fanatlar arasında müzakirələrə səbəb olub. ''Qalatasaray'' Oliveyranı 2022-nin yayında 3 milyon avroya ''Portu''dan transfer etmiş və onunla dördillik müqavilə imzalamışdı. 32 yaşlı futbolçunun illik maaşı 2,7 milyon avro idi. 2022/23-də qazanılan çempionluqda heç də az rol oynamayan Oliveyra ötən mövsüm isə əsas heyətdəki yerini itirmiş və gözdən düşmüşdü. Oliveyra İstanbul nəhəngində 58 rəsmi oyuna çıxaraq 6 qol, 7 məhsuldar ötürmə ilə fərqləndi. Bu futbolçu artıq ''Olimpiakos''la müqavilə imzalayıb.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul